13.03.2025, 11:38
187 baxış
Lamiyə
8 yaşlı qız bir saata yaxın paltaryuyan maşında QALDI
İspaniyanın Malaqa şəhərində 8 yaşlı qız bir saata yaxın paltaryuyan maşında ilişib qalıb.
Medianews.az xəbər verir ki, qız oynayarkən söndürülmüş paltaryuyan maşının içinə girib və özü çıxa bilməyib.
O, valideynlərini çağırsa da, onlar da onu çıxara bilməyiblər.
Hadisə yerinə gələn xilasedicilər qızın fikrini yayındırmaq üçün ona telefon verib və paltaryuyan maşını söküblər. Uşağı çıxarmaq üçün təxminən bir saat vaxt lazım olub.
Qıza zərər dəyməyib. Onun sadəcə topuq və dizində 2 qançırı olub.
Medianews.az