13.03.2025, 11:59
190 baxış
Lamiyə
4 yaşlı uşaq anasını polisə şikayət edib - FOTO
ABŞ-də 4 yaşlı oğlan anasını onun dondurmasını yediyi üçün polislərə şikayət edib.
Medianews.az xəbər verir ki, maraqı hadisə 11 mart, axşam saatlarında, Viskonsin ştatının Mount Pleasant şəhərində baş verib.
Uşaq anasına dərs vermək qərarına gəldib və polislərə zəng edib. O, dispetçerə “Anam özünü pis aparır” deyib və anasının həbs edilməli olduğunu söyləyib.
Bundan sonra telefonu uşağın anası götürüb və “Oh, bu balaca oğlan telefon tapıb, onun dörd yaşı var. Mən onun dondurmasını yedim, yəqin ki, o, bu səbəbdən 911-ə zəng vurub” deyib.
Polislər əmin olmaq üçün ailənin evinə gedib. Onlar hadisə yerinə gələndə oğlan anasının onun dondurmasını yediyini təsdiqləyib və yenidən onun həbsə göndərilməsini tələb edib. Qurban sonda ittiham etməməyə razılaşaraq onlara sadəcə dondurma istədiyini söyləyib.
İki gündən sonra polislər oğlana dəymiş ziyanı ödəmək qərarına gəlib və üzərinə göy buzlanma səpilmiş iki porsiya dondurma ilə gəliblər.
Medianews.az