07.03.2025, 09:09
113 baxış
Azad
Bakıda bulvara yeni zolaq açılıb
Bakıda bulvara keçid üçün yeni piyada zolağı çəkilib.
Medianews.az xəbər verir ki, indi Dövlət Kukla Teatrı yaxınlığında bulvara yeraltı keçidlə yanaşı piyada zolağı ilə də gedib-gəlmək mümkündür.
Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsindəki zolaq Milli Park ərazisinə keçidi daha da asanlaşdırır.
[gallery columns="1" link="file" size="full" ids="797046,797047,797048"]