06.03.2025, 10:45
202 baxış
Lamiyə
Zaxarovadan Makrona MƏSLƏHƏT
“Fransa prezidenti Emmanuel Makron sələfi Fransua Ollanddan Minsk razılaşmalarının uğursuzluğunun əsl səbəbini maraqlanmalıdır”.
Medianews.az xəbər verir ki, bu məsləhəti Fransa liderinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib.
“Düşünürəm ki, o, sələfi, Fransanın keçmiş prezidenti Ollandı Yelisey sarayına dəvət etməli və onunla danışmalıdır. "Ürəkdən" deyərdim, baxmayaraq ki, onlarda buna əmin deyiləm. Bəlkə, o zaman, Ollandın ictimaiyyətə kamera qarşısında dediklərini o, özündən eşidər. Məhz o, Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadığını bildirib”, - diplomat bildirib.
Medianews.az
Paylaş: