03.03.2025, 10:19
178 baxış
Lamiyə
Bu ölkədə istiyə görə məktəblər BAĞLANDI
Filippində həddindən artıq istilər paytaxt Manila başda olmaqla, Las Pinas, Paranaque və Marikina şəhərlərindəki məməktəblərin müvəqqəti bağlanmasına səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə Manila Bələdiyyə Başçısı Honey Lacuna sosial media hesabında açıqlama verib.
Lacuna Manilada səhər saatlarında 36 ilə 38 dərəcə arasında dəyişən temperaturun günortadan sonra 42 dərəcəyə çatmasının gözlənildiyini qeyd edib.
Filippin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada istilərin səbəb ola biləcəyi xəstəliklərlə bağlı xəbərdarlıq edilib.
Açıqlamada bəzi xoşagəlməz simptomlar aradan qaldırılmadıqda, vəziyyətin ölümlə nəticələnə biləcəyi qeyd edilib.
Filippin Atmosfer Geofizika və Astronomiya Xidmətləri İdarəsi 42 ilə 51 dərəcə Selsi arasında olan temperaturu "təhlükəli" hesab edir.
Medianews.az