Medianews.az
Messinin 21-ci əsrdəki rekordunu <span style=color:red>yenilədi
116 baxış

Messinin 21-ci əsrdəki rekordunu yenilədi

PSJ-nin futbolçusu Usman Dembele yeni rekorda imza atıb. QOL.az xəbər verir ki, onun rekordu Liqa 1-in 24-cü turunda "Lillə" 4:1 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb. Fransalı vinger bu görüşdə fərqlənməklə 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. O, 21-ci əsrdə TOP 5 liqalarında martın 1-nə qədər bu qol sayına çatan ilk futbolçudur. Buna qədər sözügedən rekord Lionel Messiyə məxsus idi. "İnter Mayami"nin futbolçusu "Barselona"da çıxış edərkən - 2016-cı ildə martın 1-nə qədər 17 qol vurmağı bacarmışdı. Qeyd edək ki, Dembele hazırda Liqa 1-də 18 qolla çempionatın bombardiridir. O, bu mövsüm ümumilikdə 33 oyuna 26 qol vurub, 6 qol ötürməsi edib.

Bizə qoşulun