28.02.2025, 21:08
268 baxış
Azad
Ağ evin Şərq zalı boş qaldı - FOTO
Məlum olduğu kimi, fevralın 28-i Oval kabinetdə ABŞ prezidenti Donald Trampla mübahisəyə girəndən sonra Ukrayna prezidenti Vladimir Zelenski Ağ evi tərk edib. Nəticədə ABŞ və Ukrayna rəhbərlərinin nəzərdə tutduğu saziş imzalanmayıb.
Medianews.az xəbər verir ki, ABŞ-nin “Nyu-York Tayms” qəzeti sazişin imzalanmalı olduğu otaqdan foto paylaşıb. Qəzet qeyd edib ki, ABŞ-nin Ukraynanın nadir metallarından istifadə etməsinə yol açacaq saziş burada – Ağ evin Şərq zalında imzalanmalı idi.