26.02.2025, 18:20
143 baxış
Nailə
Ledi Qaqa azərbaycanlı qrupu paylaşdı - VİDEO
Xalq artisti Röya Ayxanla çalışan "Pro Dance Show" rəqs qrupu Bakının mərkəzi küçələrindən birində dünya ulduzu Ledi Qaqanın "Abracadabra" mahnısına rəqs etdiyi anlar viral olub.
OLAY xəbər verir ki, həmin görüntüləri sosial şəbəkə hesablarında paylaşan qrupa Ledi Qaqa özü də reaksiya verib.
Belə ki, dünya ulduzu TikTok-da "Pro Dance Show"nun videosunu təkrar paylaşıb və "Bu, sadəcə möhtəşəmdir" şərhini yazıb.