24.02.2025, 11:06
310 baxış
Lamiyə
Üç metrlik piton iti UDDU
Cənubi Afrikada üç metrlik piton Cek Russell Teryeri itini udub.
Medianews.az xəbər verir ki, Limpopo sakini Kalli Kruger mülkündə nəhəng ilan aşkar edəndə dərhal ilan tutanları çağırıb.
Yerli herpetoloji klubun sədri Fanni Strydom və onun köməkçisi Karel Kutzer gəlib. Onlar pitonu ələ keçirdilər və daha sonra yerli vəhşi təbiət sığınacağına buraxdılar.
Ertəsi gün Kruger itinin itdiyini aşkar edi və ilan tutanları yenidən çağırıb.
Mütəxəssislər itin piton tərəfindən yeyildiyi qənaətinə gəliblər. Fanni Strydom bildirib ki, onlar pitonun böyük bir şey udduğunu görüblər və bunun yerli keçilərdən biri olduğunu düşünüb.
Medianews.az