Medianews.az
İlan sancdı, qolu <span style=color:red>deformasiyaya uğradı
153 baxış

İlan sancdı, qolu deformasiyaya uğradı

Afrikada zəhərli ilan sancması nəticəsində uşağın əli dəhşətli dərəcədə deformasiyaya uğrayıb. Medianews.az xəbər verir ki, 5 yaşlı Yusifi küçədə futbol oynayan zaman ilan ona hücum edərək sağ əlini dişləyib. Qol dirsəyə qədər zədələnmiş hala gəlib. Oğlan ağrı hiss edirdi, amma onun kəndində xəstəxana yox idi. Yerli həkimin verdiyi otlar heç bir fayda verməyib. Antibiotik müalicəsi aparılmayan Yusifin qolundakı toxuma ölməyə başlayıb. Biləyi və barmaqları qeyri-təbii şəkildə əyilib. Yusifin anası Məryəm oğlunun qolunu bərpa etmək üçün pul yığıb, baxmayaraq ki, həkimlər qolu ancaq amputasiya edə biləcəyini bildiriblər. Mariama oğlunun problemi ilə bağlı "Mercy Ships" beynəlxalq xeyriyyə təşkilatının mütəxəssislərinə müraciət edib. 2023-cü ilin payızında təşkilatın həkimləri iki mürəkkəb əməliyyat keçirərək Yusifin qoluna düzəliş üçün çubuq yerləşdiriblər. Uşağın indi 11 yaşı var və əlinə tam nəzarəti bərpa edib. "Mən anama kömək edə bilərəm, futbol oynaya bilərəm və utanmadan məktəbə gedə bilərəm" deyib. İndi Yusif həkim olmaq arzusundadır. Medianews.az

Bizə qoşulun