20.02.2025, 13:37
220 baxış
Lamiyə
Prezident Ədliyyə Nazirliyi ilə bağlı Fərman imzaladı
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi artırılıb.
Medianews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 455-dən 473 ştat vahidinə qaldırılıb.