Mövzu ilə bağlı Medianews.az-a danışan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, kənar ekspertlər, regionu daim diqqətdə saxlayan konfliktoloqlar, tarixçilər üçün Ermənistan rəhbərinin bu addımı ilk baxışda son dərəcə cəsarətli, hətta bir qədər riskli kimi görünə bilər: “Çünki bu layihə sanki uzun onilliklər, əsrlər boyu yaşanan ideoloji, genetik kodların, hətta erməni düşüncəsində mövcudluğu qoruma, var olma formalarının üstündən xətt çəkir və yalnız hazırkı Ermənistanın coğrafiyasına, boyuna biçilmiş hədəfləri qarşıya qoyur. Əlbəttə, bütün bunlar layihənin müəllifi, onu qəbul etmək istəyənlər üçün də çox təhlükəli görünə bilər.
Lakin belə bir layihənin ortaya çıxması təsadüfi deyil. İkinci Qarabağ savaşında Ermənistan üzərində qazandığımız parlaq qələbə bir yandan erməni cəmiyyətində genetik fobiyaların bərpasına yol açıbsa, o biri yandan da onlara yeni bir strateji xətt seçməkdən savayı yol qalmadığını dərk etdirib. Ona görə də biz qarşımızda mifik Ermənistanı - “böyük Ermənistanı”, “tarixi Ermənistanı” deyil, məhz real Ermənistanı gündəmə gətirən bir Nikol Paşinyanı görürük: “Açıq demək lazımdır ki, Ermənistanın hazırkı rəhbərinin bu addımları, hətta məğlubiyyətin nəticəsi olsa da belə, təqdirəlayiq hadisədir. Nəhayət, düşmən anlayır ki, hansı coğrafiyada yaşayır, qonşularla, türk-müsəlman toplumu ilə daimi düşmənçilik, ərazi iddiaları onu hansı fəlakətlərə aparır. Əsatirlərlə baş girləyən istənilən xalq əvvəl-axır faciələrə uğramalıdır”.
Z.Orucun qənaətincə, “Real Ermənistan ideologiyası” layihəsi qlobal erməniçiliyin Nikol Paşinyana hücumlarını gücləndirəcək: “Hətta bu layihədəki müəyyən tezislərin Bakıdan, Ankaradan ötürüldüyünü söyləyənlər olacaq”.
Məlum olduğu kimi, Bakının Yerevanla sülh sazişi bağlanması məsələsində qoyduğu əsas şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişməsidir. Çünki indiki konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Ermənistan tərəfinin özünü sığortalamaq üçün Konstitusiya Məhkəməsi səviyyəsində Azərbaycana qarşı heç bir ərazi iddialarının olmadığı barədə qərar çıxardığını xatırladan Z.Oruc əlavə edib: “Əlbəttə, başa düşürük ki, konstitusiya dəyişikliyi bir qədər ağır prosesdir, referendumdan keçir. Bununla belə Azərbaycanın şərti qüvvədə qalır: Ermənistan Konstitusiyası dəyişməlidir. Ola bilsin Paşinyanın “Real Ermənistan ideologiyası” həm də Azərbaycanla sülh sazişi imzalaması qarşısındakı son maneəni aşmağa hesablanmış bir layihədir”.
Z.Oruc vurğulayıb ki, ümumiyyətlə gerçək Ermənistan mifik Ermənistanın tam əksi olduğu kimi, elə “Real Ermənistan ideologiyası” da xəyali Ermənistanın tam tərsidir: “Çünki bu layihədə erməniləri xülyalara yox, gerçəkliyə söykənməyə cəhdlər edilir. Layihədə məntiqindən, məzmunundan o çıxır ki, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından, uydurma soyqırımı iddialarından geri çəkiməlidir, bunları dövlət kultuna çevirmək xəttinə son qoyub, necə deyərlər, başını aşağı salıb sakitcə yaşamaq lazımdır.
Əlbəttə, bu xətt bizim maraqlarımıza cavab verir. Bölgədə savaşdan sonrakı dövrdə istədiyimiz odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərbəst kommunikasiya, maneəsiz quru əlaqəsi olsun. Ermənilərin yaratdığı düşmənçilik tarixçələri tədricən normal münasibətlər mərhələsinə keçsin. Bölgədə ümumqafqaz təhlükəsizlik arxitekturasının quruculuğu üçün yol açılmalıdır. Kənar qüvvələrin yedəyində getməklə bölgədə dövlət qurmağın axırı yoxdur. İndi Ermənistanda bunu ən yaxşı dərk edən Nikol Paşinyandır. O, çox yaxşı anlayır və açıq da deyir ki, uzun müddət başqalarının iradəsinə tabe olublar və bunun acı nəticələrini, itkilərini yaşayıblar. Ona görə uydurma soyqırımı iddialarının dayandırılmasına da çalışır. Paşinyan Azərbaycana məğlub olandan sonra Qarabağdan Ermənistana qaçmış separatçı, təcavüzkar mövqeli şəxslərin demək olar hamısının əl-qolunu bağlayıb, onlara heç bir platforma vermir. Ermənistanın müxtəlif hüquqi sənədlərindən, hətta təhsil sistemindən Qarabağ iddialarını çıxarmağa çalışır. Köçkün və ya qaçqın mövzusunu beynəlxalq məkanda həddən artıq istismar etmir. Qarabağın saxta simvollarını o ərazilərdə geniş bir şəkildə tirajlamır və sair. Əlbəttə, bütün bunlar ilk növbədə bizim qələbəmizin nəticəsidir. Onlar o çərçivəyə yığan bizim zəfərimizdir. Amma hər bir halda təqdirəlayiq haldır ki, nəhayət, ermənilər yanlış ideologiyalarını dəyişməli olduqlarını anlayır, başa düşürlər”.
Nailə Qasımova,
Medianews.az
20.02.2025, 14:24
271 baxış
Azad
Paşinyanın 14 bəndlik yeni layihəsi. Zahid Oruc: “Deyəcəklər Bakıdan ötürüblər...”
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 19-da “Real Ermənistan ideologiyası” adlı layihəsini elan etdi. İctimaiyyətin müzakirəsinə təqdim olunan layihə 14 bənddən ibarətdir. Girişdə deyilir ki, real Ermənistan - beynəlxalq səviyyədə tanınmış, 29 min 743 kv.km ərazisi olan Ermənistan Respublikasıdır. Daha sonra baş nazir real Ermənistan ideologiyası əsasında qurmaq istədiyi Ermənistan Respublikasının hansı prinsiplərə söykənməli olduğunu bənd-bənd diqqətə çatdırıb. Layihədə ümumxalq səsverməsi yolu ilə yeni konstitusiyanın qəbul edilməsindən də söz açılır, bildirilir ki, əvvəlki konstitusiya referendumları tam şəkildə legitim olmayıb.
Layihənin mətni Ermənistanın rəsmi mətbuatında rus dilində də dərc olunub. Bəs Nikol Paşinyanın "Real Ermənistan ideologiyası" layihəsini ortaya qoymasının əsas səbəbləri nədir? Bu layihə Ermənistanda hansı dəyişikliklərə gətirib çıxara bilər? Paşinyanın faktiki bütün dünya ermənilərinə yeni ideoloji istiqamət təklif etməsi Ermənistan cəmiyyətində və erməni diasporunda sərt etirazlara gətirib çıxara bilərmi? "Real Ermənistan ideologiyası" layihəsi "erməni xəstəliyinə" (xüsusilə, qondarma soyqırımı iddialarına, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına) son qoyacaqmı? Bu layihə Azərbaycanın maraqlarına və İkinci Qarabağ müharibəsindən sonra sülh sazişinin imzalanması üçün Bakının Yerevan qarşısında qoyduğu tələblərə nə dərəcədə cavab verir?

Paylaş: