Medianews.az
Dəhşətli qətl: Arvadını kiçik parçalara<span style=color:red> AYIRDI
177 baxış

Dəhşətli qətl: Arvadını kiçik parçalara AYIRDI

İspaniyada Las Palmas əyalətindən olan keçmiş polis məmuru 70 yaşlı Migel Qaleqo Pousada 2020 - ci ildə həyat yoldaşını öldürüb və cəsədi yox etmək üçün kiçik parçalara ayırıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, o, cinayəti fevralın 11-də, həyat yoldaşı Maria Dolores İllan Mendezin itkin düşməsi ilə bağlı növbəti dindirməyə çağırıldığı zaman etiraf edib. Qatil, 2020-ci il martın 18-də həyat yoldaşı ilə ciddi dava etdiyini bildirib. Nəticədə qadın yıxılaraq başını döşəməyə dəyib. Pousada onunla bir neçə saat keçirərək qadının özünə gəlməsini gözləyib. Bu baş vermədikdə, o, cəsədi yox etmək qərarına gəlib. Qalıqları kiçik parçalara ayıraraq çantalara yığıb və bir neçə gün sonra o, yaşadığı Qran Kanariyanın cənub hissəsində müxtəlif yerlərə atıb. Kişinin etirafından sonra ticarət mərkəzinin yaxınlığında sümüklərin bir hissəsi, cütlüyün San Bartolome de Tirajana şəhərindəki evində isə qan izləri tapılıb. Mendezin 59 yaşı var idi və aşpaz işləyirdi. Onun və Pousadanın iki qızı var idi. Qadın ailədə məişət zorakılığı halları barədə heç kimə deməyib. Medianews.az

Bizə qoşulun