14.02.2025, 10:31
133 baxış
Lamiyə
Ukrayna iki uşağı Rusiyaya qaytardı
Ukrayna Qətərin vasitəçiliyi ilə 12 yaşlı iki qızı ailələrinə qovuşdurmaq üçün Rusiyaya qaytarıb.
Medianews.az “Lenta.ru”a istinadən xəbər verir ki, mərasim Yaxın Şərq dövlətinin Moskvadakı səfirliyində baş tutub.
Köçürülən uşaqlar nənə və babaları ilə Ukraynada yaşayan bacılardır. Qızların anası Rusiyada işləyirdi, lakin döyüş başlayana qədər mütəmadi olaraq qızlarına baş çəkirdi.
Prosedura həmçinin Rusiyadakı Uşaq Hüquqları üzrə Müvəkkili Lvova-Belova və Qətər səfirliyinin nümayəndəsi Abdurrahman Saleh əl-Kuvari də qatılıb.
Medianews.az