Medianews.az
Ən zərərli şorba <span style=color:red>hansıdır?
269 baxış

Ən zərərli şorba hansıdır?

“Xarço və digər yağlı şorbalar mədə-bağırsaq traktına zərərlidir” Medianews.az xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib. Lyalinanın fikrincə, yağlı mal və donuz əti bulyonu ilə hazırlanan xarço və digər şorbaların tərkibində çoxlu doymuş yağlar və mədə-bağırsaq traktını həddən artıq yükləyən digər maddələr ola bilər. Bioloq əlavə edib ki, kolbasa və hisə verilmiş ətli şorbalar da zərərlidir. O, belə yeməklərin çox duzlu olduğunu, ona görə də yeməkdən sonra bədəndə mayenin qala biləcəyini və qan təzyiqinin yüksələ biləcəyini izah edib. Üstəlik, o, mağazada satılan şorbaları zərərli adlandırıb. Medianews.az

Bizə qoşulun