Medianews.az
Moldovada Ukrayna ilə sərhəddə dron tapılıb
163 baxış

Moldovada Ukrayna ilə sərhəddə dron tapılıb

Moldovada Ukrayna ilə sərhəddə pilotsuz uçuş aparatı aşkar edilib. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Moldova polis bölməsi öz Telegram səhifəsində məlumat verib. Məlumata görə, pilotsuz uçan aparat fevralın 12-də gün ərzində respublikanın Tarakliya rayonundakı tarlada aşkar edilib. Ətrafı mühasirəyə alınıb. Polis dronun kimə məxsus olduğunu açıqlamayıb. Bildirilir ki, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerinə gələrək pilotsuz uçan aparatı yoxlayıblar. Həmçinin partlayıcı maddələrin olması barədə məlumat yoxdur.

Bizə qoşulun