Medianews.az
Uşaqlarla sərt rəftarın<span style=color:red> FƏSADLARI
127 baxış

Uşaqlarla sərt rəftarın FƏSADLARI

Braziliyalı alimlər hesab edirlər ki, valideynlərin uşaqlarla münasibətdə çox sərt danranışları özünə inamı xeyli azalda bilər. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar uşaqlarda valideynləri tərəfindən sərt davranışlarının təsirlərini araşdırıblar. Alimlər fiziki cəzaya, şəxsi tənqidə, böyüklərin dəstəyinin olmamasına, uşağa qarşı aqressiv sözlərə diqqət yetiriblər. Bəzi hesablamalara görə, dünyada uşaqların təxminən 50%-i bu cür münasibətə məruz qalır. Hindistandan olan bir qrup elm adamı 2004-cü ildə anadan olandan 18 yaşa qədər 4231 uşaq üzərində aparılan araşdırmanın məlumatlarını təhlil edib. Müəlliflər valideyn sərtliyi haqqında məlumatları öyrənmiş, anketlər vasitəsilə uşaqların emosional tənzimləməsini, özünə hörmətini və prososial davranışını qiymətləndirmişlər. Sorğunun nəticələri göstərib ki, sərt mühitlərdə böyüyən uşaqlar emosional tənzimləmə, özünə hörmət və prososial davranış miqyasında daha aşağı bal toplayıblar və həmyaşıdları ilə ünsiyyətdə daha çox problem yaşayırlar. Alimlər belə qənaətə gəliblər ki, belə uşaqların problemləri, sərt valideynlərin öz qız və oğullarının uğurlarına və güclü tərəflərinə deyil, onların çatışmazlıqlarına diqqət yetirmələri ilə bağlıdır.  

Bizə qoşulun