Medianews.az
Murad Rzayev: "Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın"
162 baxış

Murad Rzayev: "Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın"

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib. "AStar" layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun "Bayatı-Şiraz" mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib. O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir. "Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın" - deyə Murad Rzayev qeyd edib. Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb. (baku.ws)

Bizə qoşulun