Medianews.az
Sərxoş halda transformatora girdi, <span style=color:red>yanaraq öldü
326 baxış

Sərxoş halda transformatora girdi, yanaraq öldü

Bakıda 32 yaşlı kişi yanaraq ölüb. Medianews.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb. Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun