23.01.2025, 09:38
141 baxış
Lamiyə
Yaddaşı yaxşılaşdıran PƏHRİZ
"Aralıq dənizi pəhrizi yaddaşı yaxşılaşdıra bilər”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.
Həkim izah edib ki, Aralıq dənizi pəhrizinə daxil olan qidalar - çoxlu tərəvəz və meyvələr, zeytun yağı, balıq, minimal miqdarda şəkər və yağ - yaddaşın və idrak funksiyasının yaxşılaşdırılması üçün faydalı olan unikal bağırsaq bakteriyalarının çoxalmasına kömək edir.
Sözlərini təsdiqləmək üçün Pavlova bu yaxınlarda siçovullar üzərində aparılan təcrübənin nəticələrini misal çəkib. Alimlər onların bəzilərini Aralıq dənizi pəhrizinin prinsiplərinə uyğun olaraq, qalanlarını isə böyük miqdarda karbohidratlar və ultra emal olunmuş qidaları özündə birləşdirən Qərb qida sisteminə uyğun olaraq qidalandırıblar.
14 həftədən sonra məlum oldu ki, məşhur pəhrizlə qidalanan heyvanlarda daha çox faydalı bağırsaq bakteriyaları, daha az zərərli bakteriyalar var.
Paylaş: