22.01.2025, 07:28
154 baxış
Lamiyə
Yanan hotelin sahibi faciədən 4 gün əvvəl DANIŞIB
Türkiyənin Bolu vilayətinin Kartalkayadakı Grand Kartal hotelinin sahibi və eyni zamanda Qərb Qara Dəniz Turizm Otelciler Dərnəyinin sədri Halit Ergül yanğından 4 gün əvvəl danışıb.
Medianews.az “SonDakika.com”a istinadən xəbər verir ki, Halit Ergül verdiyi açıqlamada bütün hotellərin hazırlıq görüb qonaqları gözlədiyini deyib.
Eyni zamanda o, hoteldəki doluluq nisbətinin yüzdə 80 olduğunu və bu rəqəmin yüzdə 100-ə çatmasını gözlədiklərini bildirib.
“Semestr fasiləsində hotel qiymətləri bir gecəlik otaq 18 min TL-dən başlayır və 50 min TL-yə qədər yüksəlir. Şəxsi otaqlar və villalar üçün də qiymətlər yüksəlir. Qar qalınlığı 1 metrdir və bütün meydançalar açıqdır, uşaqlar üçün xizək məktəbləri var və qonaqların semestr tətilində ən az 50 min insanın əylənməsi üçün fəaliyyətlər var. Biz gözləyirik”, - Halit Ergül açıqlamasında danışıb.
Paylaş: