22.01.2025, 08:51
131 baxış
Lamiyə
Polisdən qaçaraq özlərini 4-cü mərtəbədən atdılar - ÖLƏN VAR
Türkiyədə polisdən qaçmağa çalışan iki qeyri-qanuni immiqrant özlərini binanın 4-cü mərtəbəsindən lövhənin üstünə atmaq istəyərkən yerə beton üzərinə düşüblər.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 20-də Van şəhərinin İpekyolu bölgəsində baş verib.
Hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Ağır yaralanan digər şəxs isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Paylaş: