Yaponiyanın Hirosima prefekturasının Etacima şəhərində meşəlik ərazidə yanğın baş verib.
Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, yanğın ərazisinə yaxın bir qayğı evində yaşayan 150 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib, hazırda alovlara müdaxilə davam edir.
Yanğın Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus hərbi təlim sahəsi sərhədlərində başlayıb. Hadisə zamanı partlayıcı təlimlərin keçirildiyi qeyd olunur.
Hələlik yanğın nəticəsində itki və ya xəsarət qeydə alınmayıb. Yanğının hərbi təlimlə əlaqəli olub-olmaması ilə bağlı araşdırma aparılır.