17.01.2025, 13:08
255 baxış
Lamiyə
Ekoloji cəhətdən ən təmiz BALIQ
Uzaq Şərq və Şimal hövzələrində tutulan soyuq su balıqları ekoloji cəhətdən ən təmiz hesab olunur.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər soyuq su balıqlarını ən təhlükəsiz adlandırdılar. Çünki Uzaq Şərq və Şimal hövzələrinin ekosistemi insan fəaliyyətinin daha az təsiri səbəbindən daha yaxşı qorunur.
Mütəxəssislərin fikrincə, bu növ balıqlara mintay, treska,pikşa, navaqa, Sakit və Atlantik siyənək, ağ balıq, Uzaq Şərq kambalığı, Sakit okean qızılbalığı, həmçinin şimal krevetləri və xərçəngləri daxildir.
Balığın yaşayış yerinin eni nə qədər yüksəkdirsə, o, bir o qədər ekoloji cəhətdən təmizdir. Eyni zamanda, digər balıqçılıq ərazilərində, məsələn, Qərbi, Volqa-Xəzər, Azov-Qara dənizində, eləcə də Rusiyanın daxili sularında tutulan balıq və dəniz məhsulları da təhlükəsizdir.
Paylaş: