Medianews.az
Teokratik rejimin ƏXLAQSIZLIĞI: <span style=color:red>İslam dövləti adına RƏZALƏT - FOTO
249 baxış

Teokratik rejimin ƏXLAQSIZLIĞI: İslam dövləti adına RƏZALƏT - FOTO

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. “MOUZE” “Telegram” kanalının bununla bağlı yaydığı xəbərə görə, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub. Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər isə ölkədən deportasiya edilib. Bir dövlətin öz vətəndaşını, xüsusən də qadınını, gənc qızlarını əxlaqsızlığa məcbur etməsi, bu yolla guya dövlət maraqlarını təmin etməsi nəyin göstəricisidir? Xüsusən də özünü İslam dövləti kimi qələmə verən bir ölkənin, teokratik rejimin dinimizə zidd bir yollara əl atması hansı mənəviyyata sığır? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, dövlət maraqları əlbəttə hər şeyin üstündədir və bunu anlayışla qarşılamaq lazımdır. Lakin bu maraqlar üçün öz vətəndaşını, xüsusən də İslam dövləti olan bir ölkənin qadınlarını, gənc qızlarını fahişəliyə məcbur etmək mənəvi aşınmanın dibidir. Siyasi şərhçi deyib ki, İran İslam Respublikası adlı dövlət bununla özünü yerin dibinə soxub: “Təbiidir ki, bu əməli törədən və müvafiq təlimatı verən ən ali səviyyədə dövlət təmsilçiləridir. Mən deyərdim ki, bu hadisələr hətta İranın ali dini rəhbəri Əli Xomeininin də bilgisi daxilində baş verir. Buna yüzdə yüz əminəm. Çünki belə bir əməliyyat aparmaq, iş tutmaq hansısa aşağı səviyyəli məmurların özbaşına hərəkəti ola bilməz. Bu, mütləq İranın ali dini rəhbərinin birbaşa təşkil etdiyi, ən azından xəbəri olduğu bir əməliyyatdır. Əgər İslam adına böyük iddialarla çıxış edən bir dövlət, İslamın lideri olduğunu iddia edən rəhbər belə aşağılığa yol verirsə, artıq burada bizim deyə biləcəyimiz söz də qalmır. Biz həmişə demişik ki, İran İslam Respublikası adlı dövlət dindən siyasi maraqları üçün istifadə edir. İstər ali dini rəhbər, istərsə də dövlətin digər rəhbər şəxsləri olsun, onlar həmişə İslam dinindən bax bu cür məqsədlər üçün istifadə ediblər və etməkdədirlər”. Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanda İranı özünə və başqalarına nümunə göstərmək istəyən qüvvələr də baş verənlərdən düzgün nəticə çıxarmalıdırlar: “Heç kim bizə din nağılları danışmasın. Bizim üstümüzə din nağılları ilə gəlməsin. Yəni, Azərbaycanda İranı gözümüzə soxaraq, örnək göstərərək, bizi guya din yoluna dəvət edənlər var. Qadınlarını fahişəliyə cəlb edəcək, məcbur edəcək bir dövlətdən danışırıq. Bunun ayrıca şərh edilməsi belə adamın tüklərini biz-biz edir. Bir dövlət nə qədər aşağılanmalı, dibə vurmalıdır ki, bu yola əl atmış olsun. Əlbəttə ki, tarixdə bu cür halların bənzəri olub. Amma bu cür kütləvi şəkildə, özü də İslam adına iddia edən bir dövlət tərəfindən həyata keçirilməsinə şəxsən mən rast gəlməmişəm. Eşitmişik, tarixdə olub. Tək-tək qadınlar gedib nə isə ediblər, kimisə bu yolla nələrəsə cəlb edilər, yaxud da yoldan çıxarıblar. Amma mən düşünürəm ki, bir İslam dövləti adına bu rəzalətə əyilmək bütün tarix boyu ilk örnəkdir. Azərbaycanda da İran kimi “İslam dövləti”nin arxasınca gedənlər buyursunlar, açıqlama versinlər ki, kimlərin yolu ilə gedirlər”. Nailə QASIMOVA

Bizə qoşulun