Medianews.az
FACİƏ: Timsah 5 yaşlı qızı<span style=color:red> UDDU
164 baxış

FACİƏ: Timsah 5 yaşlı qızı UDDU

İndoneziyada timsah 5 yaşlı Caca adlı qıza hücum edərək parçalıyıb. Medianews.az “SonDakika.com”a istinadən xəbər verir ki, hadisə Bangka rayonundakı Bukit Layang kəndində, qızın ailəsi ilə göl kənarında oynayarkən baş verib. Yardım üçün qışqıran kiçik qız valideynlərinin çarəsiz baxışları arasında saniyələr ərzində timsah tərəfindən gölün dərinliklərinə çəkilib. Yerli polis, kənd sakinləri və Bangka Belitung axtarış-xilasetmə agentliyinin üzvlərindən ibarət xilasetmə qrupları gün ərzində uşağı tapmaq üçün çalışıblar. Saatlar sonra timsah tutularaq sahilə çıxarılıb. Heyvanın çənəsi ilə kəllə sümüyü sındırılan kiçik qızın cansız bədəni uzun səylərdən sonra timsahın qarnından çıxarılıb. Qızın cənazəsi dəfn olunmaq üçün yaslı ailəsinə təhvil verilib.

Bizə qoşulun