Gənc istedad
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, Vladimir İonesyan 1937-ci il avqustun 27-də Tiflisdə yaşayan erməni ailəsində anadan olub. Valideynlər oğulları ilə fəxr ediblər. İonesyan əvvəlcə musiqi məktəbinə, sonra isə Dövlət Tbilisi Konservatoriyasına imtahansız daxil olub. Amma qastrol səfərləri və yaradıcılıq İonesyanı hərbi xidmətdən azad etməyib və bir gün o, sovet ordusunda xidmət üçün çağırış vərəqəsi alıb. Əsgərlikdən qaçan İonesyan müttəhimlər kürsüsünə çıxarılıb və bir il müddətinə azadlıqdan məhrum edilib. Məhkum cəzasını çəkmək üçün Qori şəhərinə göndərilib.İlk qan
İonesyan ailə qurduqdan sonra Orenburqa köçüb. Orada o, gənc balerina Alevtina Dmitrievaya aşiq olub və həyat yoldaşı ilə uşağını tək qoyaraq sevgilisi ilə Moskvaya gedib. Gənc qızın diqqətini cəlb etmək üçün hətta DTK (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) işçisi olduğunu və gizli əməliyyatlarda iştirak etdiyini deyib. Lakin bu gizli əməliyyatlar evə pul gətirməyib və o, öz yalanını gizlətmək üçün oğurluq edib.Qorxulu şayiələr
Cinayətlərindən sonra qatilin işi hüquq-mühafizə orqanları üçün prioritet məsələyə çevrilib. İstintaqı sovet dövlətinin rəhbəri Nikita Xruşşov şəxsi nəzarətinə götürüb və o, nəticələrin mütəmadi olaraq ona bildirilməsini və iki həftə ərzində azyaşlı uşaqların qatilinin tapılmasını, həbs edilməsini və cəzalandırılmasını tələb edib. “Mosqaz” qatili haqqında hekayə bütün paytaxta yayılıb və bir çox moskvalılar sayıq olmağa başlayıblar. Onlar qaz xidmətinin işçilərinə qapıları açmaqdan qəti şəkildə imtina ediblər. Plitələri yoxlamaq üçün onlar özləri ilə təmizləyiciləri və digər kommunal xidmətlərin nümayəndələrini gətirməli olublar. Bütün bu tədbirlər manyakın növbəti cinayət törətməsinin qarşısını almayıb. 28 dekabr 1963-cü ildə yenidən Moskvada, Leninqradski prospektindəki evdə 11 yaşlı Aleksandr Lisovetsin meyiti aşkarlanıb. Turist baltası ilə qətlə yetirilən uşaq evdə tək olub və qatildən ayaqyolunda gizlənməyə çalışsa da, bacara bilməyib. Mənzildən isə heç nə aparılmayıb. Vladimir İonesyan sonradan ifadələrinin birində deyib ki, qətl törətmək artıq ona zövq verirmiş. Növbəti qətl Milad bayramından dərhal sonra yanvarın 8-də baş verib. Şeremetyevskaya küçəsində qurban 46 yaşlı Mariya Ermakova olub və o, özünü yenə də mənzil idarəsinin işçisi kimi təqdim edib. Qatil balta ilə qadına beş dəfə zərbə endirib. Vladimir İonesyan evdən beş iplik, üç cüt corab, içində 30 rubl olan pul kisəsi, “Mir” stolüstü saatı və “Start-3” televizorunu oğurlayıb.Xüsusi əməliyyatla tutulan manyak edamdan əvvəl ariya oxuyub
Müstəntiqlər artıq qatilin kim olduğunu və harada yaşadığını müəyyən ediblər. Mənzildə pusqu qurulub, lakin İonesyanın əvəzinə Alevtina Dmitriyeva saxlanılıb. Qız əməliyyatçılara DTK zabiti Vladimir İonesyanla yaşadığını və onun hazırda məxfi əməliyyatda olduğunu deyib. Araşdırmalardan sonra İonesyanın qurumda işləmədiyi məlum olub. Dmitriyeva təkadamlıq kameraya salınıb və etiraf edib ki, birgə yaşadığı şəxslə Kazanda görüşməlidir. Qadının yerinə Moskva milisinin makiyaj edilmiş əməkdaşı Kazana göndərilib. İonesyanın saxlanmasına şəxsən Tatarıstan MSSR-in ictimai asayiş naziri Salih Yapeyev nəzarət edib. 1964-cü il yanvarın 12-də manyak heç bir çətinlik olmadan Kazan vağzalının platformasında həbs olunub. Yeri gəlmişkən, o, həbs olunanda özünü DTK mayoru kimi təqdim edib. İstintaq və məhkəmə prosesi çox tez keçib. Xruşov Moskvada qatil haqında daha çox şayiələrin gəzməsini istəməyib. Məhkəmə prosesi dövründə şəhər sakinləri DTK-ya məktub yazaraq onun Qırmızı meydanda asılmasını və dörd hissəyə şaqqalanmasını xahiş ediblər.