11.01.2025, 10:34
255 baxış
Lamiyə
"Qarabağ" Juniniyonun Braziliya klubuna keçidindən bu qədər QAZANACAQ
"Qarabağ" Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidindən 5 milyon avro qazanacaq.
Medianews.az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb.
Tərəflərin razılığa gəldiyi, "Flamenqo"nun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.
Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Paylaş: