Medianews.az
"Çelsi"nin futbolçusu mövsümü <span style=color:red>erkən başa vura bilər
159 baxış

"Çelsi"nin futbolçusu mövsümü erkən başa vura bilər

İngiltərənin "Çelsi" klubunun mərkəz müdafiəçisi Uesli Fofana zədə səbəbindən mövsümü erkən başa vura bilər. Medianews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enzo Mareska yerli mətbuata açıqlamasında bildirib. Bud nahiyəsindən zədə alan fransalı futbolçunun mövsümün qalan hissəsində meydana çıxmayacağı istisna olunmur. Qeyd edək ki, U.Fofana cari mövsüm İngiltərə Premyer Liqasında 12 matçda iştirak edib.

Bizə qoşulun