31.12.2024, 13:27
113 baxış
Azad
Gənclər arasında münaqişə: Bıçaqlananlar var
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Medianews.az-ın APA-ya istinadən xəbərinə görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.
Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.