26.12.2024, 10:08
238 baxış
Lamiyə
Lavrov Ukraynaya bunu məsləhət gördü
Ukrayna legitim prezident istəyirsə, seçki keçirməlidir.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomatın sözlərinə görə, Kiyevdə hakimiyyətin legitimliyi Ukrayna Konstitusiyasına uyğun olaraq təsdiqlənməlidir.
“Bunun üçün təbii ki, əgər onlar öz prezidentinin legitim olmasını istəyirlərsə, seçki keçirməlidirlər”, - XİN rəhbəri bildirib.
Lavrov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dekabrda birbaşa xətt üzrə Ukrayna Ali Radasını və onun sədri Ruslan Stefançuku ölkə konstitusiyasına uyğun olaraq legitim adlandırıb.
Paylaş: