Medianews.az
İranda "WhatsApp" və "Google Play"la bağlı <span style=color:red> QƏRAR
152 baxış

İranda "WhatsApp" və "Google Play"la bağlı QƏRAR

İranın internet təhlükəsizliyinə cavabdeh olan ali şurası iki ildən artıqdır ki, məhdudiyyətlərə məruz qalan məşhur mesajlaşma proqramı "WhatsApp" və "Google Play"ə qoyulan qadağa ləğv edilib. Medianews.az “Haberler.com”a istinadən xəbər verir ki, bu barədə İranın informasiya texnologiyaları və rabitə naziri Səttar Haşimi açıqlama verib. "Bu gün internet məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində ilk addım atılıb", - deyə nazir bildirib. Qeyd edək ki, İranda 2022-ci ildə "Instagram", "WhatsApp" və "Google Play"ə giriş bloklanıb. Telegram mesajlaşma proqramına giriş də 2018-ci ildə “milli təhlükəsizlik səbəbi ilə” bloklanıb.

Bizə qoşulun