23.12.2024, 08:12
185 baxış
Lamiyə
Bu qidaları soyuducuda saxlamaq OLMAZ – XƏBƏRDARLIQ
“Soğan və sarımsaq soyuducuda saxlandıqda zəhərli olur”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu diyetoloq Djanvi Sanqvi deyib.
sözlərinə görə, soğanın tərkibində çoxlu maye var ki, bu da göbələk sporlarının inkişafı üçün ideal şərait yaradır. Əgər yeyilərsə, qusma, mədə krampları, ishal və potensial ölümcül qida zəhərlənməsinə səbəb ola bilər.
O, bu faktı göbələk növü olan kifin qidada mədə-bağırsaq pozğunluğuna səbəb olan zəhərli kimyəvi maddələr, mikotoksinlər çıxara bilməsi ilə izah edib.
Eyni səbəbdən diyetoloq sarımsağı soyuducuda saxlamaqla bağlı xəbərdarlıq edib. Bundan əlavə, sərin, rütubətli bir mühitdə sarımsaq tez cücərir və dadı acı olur.
Həmçinin Sanqvinin fikrincə, kartofu soyuducuda saxlamaq olmaz. “Soyuduqda nişasta şəkərə çevrilir ki, bu da kartofa daha şirin dad və daha dənəli tekstura verir. Belə kartof yüksək temperaturda bişirildikdə, potensial kanserogen birləşmə olan akrilamid əmələ gələ bilər”, - diyetoloq xəbərdarlıq edib.
O, bananları soyuducuda saxlamamağı tövsiyə edib, çünki soyuq temperatur onların tez qara və yumşaq olmasına səbəb olur.
Paylaş: