Medianews.az
ABŞ-də yaşayan azərbaycanlı alimin <span style=color:red>YENİ TƏDQİQAT ƏSƏRİ
204 baxış

ABŞ-də yaşayan azərbaycanlı alimin YENİ TƏDQİQAT ƏSƏRİ

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində professor Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” adlı kitabı nəşr olunub. Medianews.az xəbər verir ki, kitab XX əsrdə azərbaycanlıların öz torpaqlarından məcburi deportasiyasının tarixinə və nəticələrinə həsr olunub. Müəllif dörd mərhələdə həyata keçirilən deportasiya siyasətini və ermənilərin törətdiyi zorakılıqları tədqiq edir. Kitab ABŞ-da nəşrə hazırlanan irihəcmli monoqrafiyadan Azərbaycan oxucusu üçün ixtisarla tərcümə olunub. Qeyd edək ki, Dr. Əli Əskər əslən Qərbi Azərbaycanın Amasiya rayonundandır. Türkiyənin Orta Doğu Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsində ali təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetində magistr dərəcəsinə yiyələnib. 2001-ci ildə elmi fəaliyyətlə məşğul olmaq üçün ABŞ-yə gedib, Corc Meyson Universitetində tədqiqatlar aparmağa başlayıb. 2003-2005-ci illərdə həmin universitetin Sülh və Münaqişələr İnstitutunda magistr təhsilini davam etdirib. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində konfliktologiya üzrə doktorant olub. Fəlsəfə doktorudur. Dr. Əli Əskər 2013-cü ildən Şimali Karolina Universitetində Qrinzboroda çalışır, sülh və münaqişə araşdırmaları sahəsində tədris aparır. Kafedra müdiridir. Elmi tədqiqatları geniş sahələri əhatə edir və etno-siyasi münaqişələr, vasitəçilik, sülh təhsili, münaqişələrin transformasiyası, qaçqın məsələləri və struktural zorakılıq kimi mövzuları özündə birləşdirir. Dr. Əli Əskər məhsuldar müəllif və tədqiqatçı kimi öz sahəsinə töhfə verən 7 dəyərli kitab və çoxsaylı məqalələr yazıb. Alpər TURAN

Bizə qoşulun