Medianews.az
Ukraynalı deputat Zelenskini<span style=color:red> tənqid etdi
180 baxış

Ukraynalı deputat Zelenskini tənqid etdi

Ali Radanın deputatı Artem Dmitruk ölkə prezidenti Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana ünvanladığı sözləri tənqid edib. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb. “Diplomatiya? Xeyr, eşitmədim!” — deputat Volodimir Zelenskinin çıxışının videosunu əlavə edərək yazıb. Artem Dmitrukun sözlərinə görə, xarici liderə ünvanlanan bu cür bəyanatlar dəhşətli görünür. Deputat Ukrayna prezidentinin Macarıstanın baş nazirinin münaqişənin həllində iştirakının mümkünsüzlüyü ilə bağlı son bəyanatlarını tənqidi qiymətləndirib.

Bizə qoşulun