08.12.2024, 06:11
134 baxış
Azad
Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bundan başqa, adətən siyasətçini qoruyan və onu müşayiət edən mühafizəçilər də yoxa çıxıblar.
Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb.