Medianews.az
Messi "Barselona" azarkeşlərinə <span style=color:red>müraciət etdi
181 baxış

Messi "Barselona" azarkeşlərinə müraciət etdi

Argentinalı ulduz hücumçu, futbol əfsanəsi Lionel MessiFutbol əfsanəsi Lionel Messi "Barselona" futbol klubunun azarkeşlərinə müraciət edib.

Medianews.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Messi bildirib ki, azarkeşlər üçün darıxır və tezliklə görüşməyə ümid edir. "Dünyanın ən yaxşı klubunun bir hissəsi olmaqdan qürur duymalısız",- deyə Messi azarkeşlərə səslənib.

Messi "Barselona"nın məzunudur. O, 2004-2021-ci illərdə əsas komandada çıxış edib və 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Kataloniyalıların tərkibində argentinalı 10 dəfə İspaniya çempionu olub və 4 dəfə Çempionlar Liqasının qalibi olub, 7 dəfə İspaniya kubokunu və 8 dəfə Superkubokunu qazanıb.

2021-ci ildə forvard Paris Saint-Germain-ə keçib. Oradan 2023-cü ilin yayında Amerikanın İnter Mayami klubu ilə müqavilə imzalayaraq xaricə köçüb.

Bizə qoşulun