29.11.2024, 07:28
176 baxış
Lamiyə
Adsız barmağın uzun olması nəyə işarə edir?
Araşdırmada 169-u qadın olmaqla 258 könüllü iştirak edib. Suonsi Universitetinin (Böyük Britaniya) alimləri iştirakçıların həyat tərzini, xüsusən də qəbul etdikləri alkoqolun miqdarını və barmaqlarının uzunluğunu təhlil ediblər.
Medianews.az "Daily"ə istinadən xəbər verir ki, məlum olub ki, adsız barmaqları şəhadət barmaqlarından uzun olan insanların spirtli içkilərə həvəsi daha güclü ola bilər.
Tədqiqatın nəticələri American Journal of Human Biology jurnalında dərc olunub.