Medianews.az
Azərbaycan bunu bacardı, bəs Gürcüstan? - <span style=color:red>Qarşıdurma hesabına olsa da...
144 baxış

Azərbaycan bunu bacardı, bəs Gürcüstan? - Qarşıdurma hesabına olsa da...

Gürcüstanda müxalifət tərəfdarları parlament seçkisinə bir həftə qalmış ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək məqsədilə paytaxtda yürüş keçiriblər. Gürcüstan və Aİ-nin bayraqlarını daşıyan bir neçə min yerli sakin Tbilisinin beş müxtəlif rayonundan "Gürcüstan Avropa İttifaqını seçir" başlığı altında yürüş keçirib. Yürüşdən sonra etirazçılar musiqi konsertinin keçirildiyi şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşıblar. Gürcüstan Prezidenti Salome Zurabişvili də oktyabrın 26-da baş tutacaq parlament seçkisi ərəfəsində Tbilisidə müxalifətin keçirdiyi mitinqə qatılıb. Gürcüstanda cərəyan edən proseslərlə bağlı fikrini Medianews.az-a bölüşən siyasi şərhçi Azər Qasımov bildirib ki, Tbilisidə müxalifətin seçkiöncəsi aksiya keçirməsi güc nümayişidir. Onun sözlərinə görə, müxalifət indidən seçkinin nəticələrini şübhə altına alınmasına beynəlxalq zəmin hazırlayır: “Gürcüstan müxalifətinin seçkinin nəticələrini gözləmədən mitinqlərə başlaması seçki qabağı güc göstərişidir. Dünya ictimaiyyətini seçkinin nəticələrinə hazırlamaqdır. Hakim "Gürcü arzusu" partiyasının seçkidə qələbə çalma ehtimallarının güclü olduğunun proqnoz edildiyi bir durumda müxalifətin indidən seçkinin nəticələrini şübhə altına alınmasına beynəlxalq zəmin hazırlanır. Təbii ki, Avropa və Qərb bundan ciddi şəkildə istifadə edəcək. Amma Gürcüstan vətəndaşlarının Avropa və Qərbə inteqrasiya etmək istəyinin real çərçivəsi seçki zamanı dəqiq hal alacaq. Ola bilsin ki, həqiqətən də onların sayı qələbə üçün yetərli olacaq. Hakim partiyanın isə asanlıqla hakimiyyətdən əl çəkəcəyi də mümkün görünmür. Qarşıdurma hesabına olsa da, hakimiyyətdə qalmaq istəyi mesajları çoxdan yayılır. Prezident Zurabişvilinin dəstəyinin seçkiyə ciddi təsiri az ehtimal olunur”. A.Qasımov deyib ki, oktyabrın 26-sı seçkilərin nəticələrinin böyük ehtimalla hakim partiya lehinə olması gözlənilir: “Rusiyanın da bunda maraqlı olduğu bilinir. Seçkidən sonra Gürcüstanın işğal edilmiş torpaqlarının geri qaytarılması ehtimalları da danışılır. Bu baxımdan Gürcü xalqının seçim etməsi çətindir. Torpaqların geri qaytarılması ilə Avropa və Qərbə inteqrasiya arasında seçim edilməlidir. Hesab edirəm ki, bu çətin məsələdə gürcü xalqı doğru qərar verəcək. Siyasi konyukturdan çıxış edərək ərazi bütövlüyünü bərpa etmək əsl siyasi çeviklik tələb edir. Azərbaycan bunu bacara bildi. Gürcü xalqının də dövlətin ərazi bütövlüyünü daha üstün tutacağını ümid etmək olar. Amma xalqın çoxluğunun istəyinin nə olması da böyük amildir”. Nailə QASIMOVA

Bizə qoşulun