O, bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılacağını da bildirib: “Bu dəfə əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən təcili tibbi yardım xidməti stansiyalarına əlavə olaraq 16 yeni stansiya – filialın yaradılması planlaşdırılır. 10-11 filial TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq. Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək”.
Nihat TAHİROV
17.10.2024, 10:05
123 baxış
Azad
Elşad Məmmədli: “Abşeronda 16 yeni stansiya-filial yaradılacaq” - FOTO
“Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üçün inkişaf planı 3 əsas məqsədə çatmaq üçün planlaşdırılıb. Bunlar təcili tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etməkdir. İnkişaf planına əsasən ambulans parkı genişləndiriləcək və yenilənəcək, briqadaların sayı artırılacaq, stansiyaların və filialların yerləşməsinə yenidən baxılacaq, ambulansların çatma vaxtının azaldılması üçün tam yeni proqram təminatı hazırlanacaq, müasir naviqasiya və marşrut planlaması yaradılacaq”.
Medianews.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.