16.10.2024, 06:42
157 baxış
Redaksiya
İqtisadçıdan qlobal böhran xəbərdarlığı: "İrimiqyaslı fəlakət..."
Qlobal iqtisadi böhran artıq dayandırıla bilməz.
Medianews.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət irimiqyaslı fəlakətlə bitəcək.
“Güclər” inadla etiraf etmək belə istəmirlər ki, qlobal iqtisadiyyatda uzun illər işləmiş bütün köhnə paradiqma öz məntiqi sona çatıb və onu əvəz etmək üçün yeni bir şey ortaya qoymaq lazımdır. Qlobal inflyasiyanın sürətli artımını məhz vəziyyəti köhnə paradiqma daxilində saxlamaq cəhdləri izah edə bilər. Planetin əksər ölkələrinin hökumətləri nə vaxtsa tələbin təklifi xeyli üstələyəcəyi və yüksək inflyasiyanın başlayacağına əhəmiyyət verməyərək, sadəcə olaraq təminatsız pul çap etmək qərarına gəliblər”,- deyə o fikrini yekunlaşdırıb.
Ayşən