Medianews.az
Azərbaycana qarşı KOALİSİYA - <span style=color:red>ABŞ təzyiq görüntüsü yaratmaqla...
113 baxış

Azərbaycana qarşı KOALİSİYA - ABŞ təzyiq görüntüsü yaratmaqla...

“ABŞ-nin Azərbaycana qarşı son təzyiqləri fonunda ölkəmizin geri çəkilməyəcəyi aydın məsələdir. ABŞ yaxşı başa düşür ki, bu yolla Azərbaycana heç bir iddiasını qəbul etdirə bilməyəcək. Amma təzyiq görüntüsü yaratmaqla seçkiqabağı manipulyasiyalar etmək istəyir”. Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Qasımov bildirib. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir. Siyasi şərhçinin qənaətincə, Azərbaycanla əlaqələri kəsmək Ermənistan üzərindən oynanılan oyunların da sonu deməkdir: “Azərbaycan əgər görsə ki, ABŞ ilə artıq əlaqələr geri dönməz hal alır, təbii ki, Ermənistanın təhlükəsizliyini təhlükə altına qoyacaq və Qərbin Ermənistan üzərindən regiona daxil olmaq planlarının üstündən xətt çəkəcək. Bu da Qərbin Cənubi Qafqaza daxil olmaq istəyinin iflası olacaq”. A.Qasımov vurğulayıb ki, Azərbaycana bundan əvvəl və sonra tətbiq ediləcək sanksiyalar hər hansı əhəmiyyət daşımayacaq: “Azərbaycan öz yönünü tamamilə Qlobal Şərqə çevirəcək. Hesab edirəm ki, ABŞ bunu gözə ala bilməz. ABŞ-nin Ermənistan üzərindən Azərbaycana qarşı oynadığı oyunun mahiyyəti qısamüddətli xarakter daşıyır. Seçkidən sonra bir sonrakı proseslərə qədər səngiyəcək”. Siyasi şərhçi hesab edir ki, Azərbaycanın Ermənistana münasibətdə sülh addımı ilə çıxış etməsi müəyyən məqamda doğru addım olsa da, geniş planda özünü doğrultmayıb: “Ermənilər bundan istifadə edə bildi, nəinki biz. Azərbaycana qarşı koalisiya formalaşdıra bildi. Azərbaycan Ermənistanla daim təzyiq və hədə dili ilə danışmalı idi. Bu, özü sülhü məcbur gətirəcəkdi”. Vüqar MƏMMƏDOV

Bizə qoşulun