03.10.2024, 11:39
116 baxış
Lamiyə
Lukaşenko COP29-da iştirakını təsdiqlədi
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcəyini təsdiqləyib.
Medianews.az Qafqazinfo-ya istinad edərək xəbər verir ki, Lukaşenko bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə danışıb.
Məlumata görə, görüş zamanı Əli Əsədov Lukaşenkoya COP29 iqlim sammitində iştirakla bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.
Lukaşenko isə cavabında tədbirdə iştirakını təsdiq edib.
Paylaş: