Medianews.az
Qalmaqallı iddia: YouTube-a baxdıqdan sonra əməliyyat edib öldürdü...
128 baxış

Qalmaqallı iddia: YouTube-a baxdıqdan sonra əməliyyat edib öldürdü...

Hindistanın Bihar əyalətində öd kisəsini əməliyyat etdirdiyi iddia edilən həkimin YouTube-da izlədiyi videonun köməyi ilə 15 yaşlı gəncin ölümünə səbəb olduğu iddia edilib. Medianews.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb. Məlumata görə, Biharda öd kisəsi əməliyyatından sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib. Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən “YouTube videosu”nun köməyi ilə əməliyyat olunduğunu iddia edib. Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini bildirən ailəsi övladının ölümünə “saxta həkim”in səbəb olduğunu iddia edib. Həmçinin ailəsi həkimin uşağı xəstəxanada qoyaraq qaçdığını əlavə edib. Faktla bağlı araşdırma davam edir.   Nailə QASIMOVA

Bizə qoşulun