Medianews.az
Bakıda mağaza yandırıldı - <span style=color:red>Saxlanılan var
106 baxış

Bakıda mağaza yandırıldı - Saxlanılan var

Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb. Medianews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun