Medianews.az
Millimiz 1/4 finalda!
75 baxış

Millimiz 1/4 finalda!

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-offa adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub. Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər. Qeyd edək ki, 1/4 finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.

Bizə qoşulun