Medianews.az "El Universal" qəzetinin verdiyi məlumata istinadən xəbər verir ki, üç yaşlı qız 17 avqustda mədə ağrısı, qusma və qızdırma problemləri ilə Villa-de Ramosda yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Həkim uşağı müalicə üçün Meksikanın mərkəzi San-Luis Potosi ştatında yerləşən xəstəxanaya aparmağı tövsiyə edib.
Həkimlər onun bədən temperaturunu aşağı salmaq üçün kiçik bədəninin üzərinə soyuq dəsmal qoyub və nəfəsalma səviyyəsinə nəzarət etmək üçün barmaqlarından birinə pult oksimetri yerləşdiriblər. Xəstəxanadan çıxarılan uşağın vəziyyəti yenidən ağırlaşıb.
O, təkrar xəstəxanaya çatdırılanda həkimlər ölüm haqqında şəhadətnaməni yazıblar. Onlar bildiriblər ki, Kamilla müdaxilələrə baxmayaraq vəfat edib.
Dəfn mərasimi zamanı isə təəccüblü hadisə baş verib.
Körpənin yaxınlarının xəbərdarlığı ilə tabut açıldıqca balaca Kamilanın nəbzini hiss ediblər.
Kamila təcili yardım maşını ilə Salinas xəstəxanasına qaytarılsa da, bu dəfə o, beynindəki laxtalanma səbəbindən aydın şəkildə ölüb.
Medianews.az
Aysel Şirinova