Bodrum rayonunda sürət qayığın qayalarla toqquşması nəticəsində atası iş adamı Ünal Pala və anası Evrim Palanın həyatını itirdiyi qəzada 12 yaşlı Mina Palanın sağ qaldığı məlum olub.
Medianews.az xəbər verir ki, iş adamın qızı 150 metr üzərək sağ qalmağı bacarıb.
Hadisə ötən gün saat 22:00 radələrində otellər olan ərazidə baş verib. Ankaralı iş adamı, tikinti və yanacaq sektorunda fəaliyyət göstərən holdinqin idarə heyətinin sədri Ünal Palanın idarə etdiyi, içərisində həyat yoldaşı Evrim Pala və uşaqları Mina Palanın da olduğu sürətli qayıq Kaynar məhəlləsi yaxınlığında qayalara çırpılıb.

Zərbənin təsirindən havaya uçan qayıqda Pala cütlüyü ağır yaralanarkən, Mina (qızlar) dənizə atılıb. Ətrafdakıların köməkliyi ilə Mina sudan çıxarılıb. Xəbərdarlıq üzərinə bölgəyə səhiyyə, polis və Sahil Mühafizə Komandanlığına bağlı qruplar sövq edilib. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlamalar zzamanı Ünal və Evrim Pala cütlüyünün həyatını itirdiyi təyin olunub.

Qəzada xəsarət alan Mina Pala ilkin tibbi yardımdan sonra rayondakı özəl xəstəxanaya yerləşdirilib. Səhhəti yaxşı olan Mina Pala müalicəsindən sonra evə buraxılıb. Prokurorun araşdırmasından sonra Pala cütlüyünün cansız bədənləri Bodrum Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Medianews.az