Medianews.az
Şimali Koreyadan ABŞ-la bağlı sərt bəyənat
374 baxış

Şimali Koreyadan ABŞ-la bağlı sərt bəyənat

Şimali Koreya Xarici İşlər Nazirliyi öz rəsmi saytında çox sərt bəyanatla çıxış edib. Medianews.az xəbər verir ki, edilən açıqlamada ABŞ-ın Asiyada NATO kimi hərbi ittifaq qurmaq planında olduğu iddia edilib. “Yaponiya və Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirən ABŞ Asiyada NATO-ya bənzər birlik yaratmağa çalışır”, - deyə məlumatda bildirilir. Bu il bir-birinin ardınca raket sınaqları keçirərək beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olan Şimali Koreya son zamanlar ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə birgə təlimlər keçirməsindən narahat olduğunu dilə gətirib. Açıqlamada, “bu təlimlər “diplomatik əlaqə” və “şərtsiz dialoq” bəyanatları verən ABŞ-ın ikiüzlülüyünü ortaya qoyur”,-deyə qeyd edilib. Leyla, Medianews.az

Bizə qoşulun