Medianews.az
Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzindən danışıb
921 baxış

Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzindən danışıb

“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib. “60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, - deyə M. Çavuşoğlu qeyd edib. XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq.

Bizə qoşulun